Главная > Siyasət / Manset > Rusiya slovakiyalı diplomatları ölkədən çıxarır
Rusiya slovakiyalı diplomatları ölkədən çıxarır28-03-2022, 19:50. Разместил: admin |
Slovakiyanın Mokvadakı səfiri Lyobomir Reqak Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. “Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb. Məlumata görə, XİN-də səfirə bildirilib ki, Rusiya Slovakiyanın Moskvadakı səfirliyinin 3 diplomatını “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib. Bildirilir ki, bu barədə qərar mart ayında Rusiyanın Slovakiyadakı səfirliyinin 3 əməkdaşının ölkədən çıxarılmasına cavab tədbiri olaraq verilib. Rusiya slovakiyalı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib. Вернуться назад |