Главная > Siyasət / Manset > Fransa XİN: “Mariupol yeni Hələbdir”

Fransa XİN: “Mariupol yeni Hələbdir”


27-03-2022, 23:18. Разместил: admin
Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

O, Rusiya ordusunun Ukraynanın Mariupol şəhərini mühasirəyə almasına işarə edərək, “Mariupol yeni Hələbdir” deyə bildirib.

Le Drian Qətərin paytaxtı Dohadakı Forumda çıxış edərkən bəyan edib ki, Mariupola kömək üçün heç bir tədbir görülməsə, bu “kollektiv günah” olacaq.

“İşğalçı güc öz məqsədlərinə çatmaq üçün Mariupolda əhalini girov götürüb. Bu, həqiqətən də qəbuledilməzdir. Düşünürəm ki, biz Avropada sabitlik və təhlükəsizlik parametrlərinin şübhə altına alındığı kritik nöqtədəyik”, - deyə Le Drian vurğulayıb.
Вернуться назад