Главная > Siyasət / Manset > Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun vaxtı açıqlandı
Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun vaxtı açıqlandı27-03-2022, 22:08. Разместил: admin |
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yeni raundu martın 29-30-da keçiriləcək. “Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib. “Bu gün Ukrayna ilə videokonfrans üzrə danışıqların növbəti raundu keçirilib. Nəticədə martın 29-30-da üz-üzə görüşmək qərara alınıb”, - Medinski Teleqram kanalında yazıb. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında danışıqlar fevralın 28-dən davam edir. Ölkələrin xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba martın 10-da Antalyada görüşüblər. Bir neçə təkbətək məsləhətləşmələrdən sonra tərəflər arasında dialoq videokonfrans formatında davam etdirilib. Вернуться назад |