Главная > Siyasət > Rusiya hansı hallarda nüvə silahından istifadə edəcək?

Rusiya hansı hallarda nüvə silahından istifadə edəcək?


26-03-2022, 18:47. Разместил: admin
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Rusiyanın 4 halda nüvə silahından istifadə edə biləcəyini bildirib.

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, Medvedevin sözlərinə görə Rusiya aşağıdakı hallarda nüvə silahından istifadə edə bilər:

birinci hal - Rusiya Federasiyasının ərazisi nüvə silahı ilə vurulduqda;

ikincisi, Rusiyaya və ya onun müttəfiqlərinə qarşı nüvə silahının hər hansı digər istifadəsi;

üçüncüsü, Rusiyanın nüvə qüvvələrinin fəaliyyətini iflic edə biləcək kritik infrastruktura hücum;

dördüncüsü, Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə qarşı təcavüz aktı, bunun nəticəsində ölkənin mövcudluğunun təhlükə altına düşməsi halında.
Вернуться назад