Главная > Siyasət / Manset > “Rusiya bir ayda 16 mindən çox hərbçisini itirib” - Zelenski

“Rusiya bir ayda 16 mindən çox hərbçisini itirib” - Zelenski


26-03-2022, 17:18. Разместил: admin
Bir aydır davam edən Rusiya-Ukrayna müharibəsində rus ordusunun 16 min canlı qüvvəsini itirdiyi bildirilir.

“Azadsəs.az” xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibənin 31-cü günündə açıqlamada bunu deyib:

“Rusiyanın itkiləri 16 min nəfəri keçib. Əsgərlərimiz Rusiyanın hücumlarının qarşısını alaraq, Rusiya rəhbərliyini sadə və məntiqli bir fikrə yönəldir: Biz danışmalıyıq. Təcili, ədalətli və nəticəyönümlü danışmalıyıq".

Ukrayna Baş Qərargahı isə bir gündə Rusiya ordusuna aid daha 42 hərbi maşının məhv edildiyini bildirib. Açıqlamada məhv edilən maşınlar arasında 3 təyyarə, 3 pilotsuz uçuş aparatı və 8 tankın olduğu qeyd edilib. Ukrayna baş nazirinin müavini İrina Vereşçuk isə son sutkada iki humanitar dəhlizin fəaliyyət göstərdiyini və bu dəhlizlər vasitəsilə 7331 ukraynalının təhlükəsiz bölgələrə təxliyə edildiyini deyib.
Вернуться назад