Главная > Siyasət / Manset > Jirinovskinin ölüm xəbəri senatora baha başa gəldi: Dumadakı vəzifəsini itirə bilər
Jirinovskinin ölüm xəbəri senatora baha başa gəldi: Dumadakı vəzifəsini itirə bilər25-03-2022, 22:00. Разместил: admin |
“Telegram” kanalında Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı məlumat dərc edən rusiyalı senator Aleksandr Pronyuşkin postu silib və abunəçilərindən üzr istəyib. Aleksandr Pronyuşkin etiraf edib ki, o, öz səhifəsində Vladimir Jirinovski haqqında yoxlanılmamış məlumatlar dərc edib. Senator həmçinin bildirib ki, məlumatın səhifəsində yayılmasında əli olanların hamısı məsuliyyətə cəlb olunacaq. Yeri gəlmişkən qeyd edək ki, Federasiya Şurasında Vladimir vilayətinin qubernatorunu təmsil edən Aleksandr Pronyuşkin vaxtından əvvəl istefa verə bilər. Belə ki, LDPR Ali Şurası növbəti iclasında Pronyuşkinin məsələsini müzakirə edəcək. Üstəlik Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də A.Pronyuşkinə vəzifəsini tərk etməyi məsləhət bilib. Вернуться назад |