Главная > Siyasət / Manset > Stoltenberq daha bir il NATO-nun baş katibi olacaq

Stoltenberq daha bir il NATO-nun baş katibi olacaq


25-03-2022, 18:37. Разместил: admin
Yens Stoltenberq daha bir il NATO-nun baş katibi vəzifəsində qalacaq.

Qərar NATO-nun Brüsseldə keçirilən sammitində qəbul edilib.

“NATO ölkələrinin dövlət və hökumət başçılarının mənə göstərdiyi etimada görə minnətdaram və bütün diqqətimi bu çətin dövrdə alyansa rəhbərlik etməyə yönəldəcəm”, - deyə norveçli siyasətçi bildirib.

Stoltenberq onu da qeyd edib ki, o, Norveç Mərkəzi Bankının rəhbəri vəzifəsindən istefa verdiyi barədə bu ölkənin Maliyyə Nazirliyinə məlumat verib.
Вернуться назад