Главная > Siyasət / Manset > BMT Baş Assambleyası Ukrayna ilə bağlı qətnamə qəbul etdi

BMT Baş Assambleyası Ukrayna ilə bağlı qətnamə qəbul etdi


25-03-2022, 18:00. Разместил: admin
BMT Baş Assambleyası xüsusi sessiya çərçivəsində Fransa və Meksikanın Ukraynadakı humanitar vəziyyətlə bağlı hazırladığı qətnaməni qəbul edib.

140 nümayəndə heyəti sənədin lehinə, 5-i əleyhinə, 38-i isə bitərəf qalıb.

Qətnamə Ukraynadakı hazırkı böhrana görə məsuliyyəti Rusiyanın üzərinə qoyur.

Qeyd edək ki, Baş Assambleyanın qərarları məcburi xarakter daşımır.
Вернуться назад