Главная > Siyasət / Manset > NATO Liderlər Sammiti Çin və Belarusa xəbərdarlıqla yekunlaşdı - YENİLƏNİB
NATO Liderlər Sammiti Çin və Belarusa xəbərdarlıqla yekunlaşdı - YENİLƏNİB24-03-2022, 17:40. Разместил: admin |
Brüsseldə keçirilən NATO Liderlər Sammiti yekunlaşıb. Tədbirin yekun bəyanatında liderlər Rusiyanı konkret nəticələrə nail olmaq üçün Ukrayna ilə konstruktiv dialoqa çağırıb. Sənəddə bildirilib ki, atəşkəsin ardınca Rusiya qoşunları Ukrayna ərazisindən çıxarılmalıdır. Bəyanata görə, NATO liderləri Şərqi Avropada dörd döyüş qrupu yerləşdirmək barədə razılığa gəliblər. “Biz Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada dörd əlavə çoxmillətli döyüş qrupu yaradırıq”, - deyə sənəddə qeyd olunub. Həmçinin, NATO liderlərinin Ukrayna böhranı fonunda müdafiə xərclərini artırmaq barədə razılıq əldə etməsi də bəyanatda öz əksini tapıb. Bununla yanaşı, alyans Çin, Belarus və digər ölkələrə də xəbərdarlıq edərək, onları Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləməkdən çəkinməyə çağırıb. Mənbə: “RİA Novosti” 13:48 Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclası başlayıb. Sammit Alyansın mənzil-qərargahında keçirilir. Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun baş katibi Yens Stoltenberq və digər liderlər iştirak edirlər. Liderlər iclasdan əvvəl foto çəkdiriblər. Sammit Rusiya-Ukrayna müharibəsinə həsr olunub. Вернуться назад |