Главная > Siyasət / Manset > Putinlə Zelenskinin görüşü üçün şərt açıqlandı

Putinlə Zelenskinin görüşü üçün şərt açıqlandı


24-03-2022, 15:26. Разместил: admin
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş mümkündür, lakin bu, yalnız iki ölkə arasında razılaşmaların ilkin inkişafı şərti ilə mümkündür.

“Azadsəs.az” xəbər verir ki, o, bu barədə CCTV-yə müsahibəsində deyib.

"Görüş o zaman mümkün olacaq ki, Ukrayna və Rusiya tərəfləri gündəliyi razılaşdırıb, hansısa yekun sənədi işləyib hazırlayacaq”, - Matviyenko qeyd edib.
Вернуться назад