Главная > Siyasət / Manset > “Hamı o qədər dəli olmayıb ki, problemi nüvə silahı ilə həll edək” - Lukaşenko
“Hamı o qədər dəli olmayıb ki, problemi nüvə silahı ilə həll edək” - Lukaşenko19-03-2022, 21:47. Разместил: admin |
"Mən burada nüvə silahı yerləşdirməyi, burada nüvə silahı istehsal etməyi, bu nüvə silahını yaradıb kiməsə qarşı istifadə etməyi planlaşdırmıram. Bu, heç vaxt Belarus rəhbərliyinin planlarında və mənim planlarımda olmayıb". “Azadsəs.az” “Sputnik Belarus”a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Yaponiya mediasına müsahibəsində deyib. Vəziyyətin pisləşəcəyi təqdirdə Belarusda nüvə silahının yerləşdirilməsinin hələ də zəruri olub-olmayacağı sualına cavab verən Lukaşenka vəziyyətin bunu tələb etməyəcəyinə ümid etdiyini bildirib. "Xeyr, belə bir vəziyyətin olacağını düşünmürəm. Düşünürəm ki, Amerikada və Qərbdə hamı o qədər dəli olmayıb ki, biz bu problemi nüvə silahı ilə həll edək", - Lukaşenko qeyd edib. “Belarusda Xirosima və Naqasakinin qarşısını almaq, bunun heç vaxt baş verməməsi və hətta Belarus üçün belə bir təhlükə olmasın deyə mən dedim, məsələn, amerikalılar, Fransa, İngiltərə nüvə silahlarını Belarusun yaxınlığında yerləşdirsələr. Polşada, Litvada və ya Ukraynada, onda mən (Rusiya Prezidenti - red.) Putindən tələb edəcəm ki, vaxtilə Rusiyaya verdiyimiz nüvə silahlarını bizə qaytarsın”, - Lukaşenko bu mövzuda əvvəlki açıqlamalarının mahiyyətini açıqlayıb. Belarus konstitusiyasına edilən son düzəlişlərin ölkədə nüvə silahının yerləşdirilməsinə imkan verib-verməməsi ilə bağlı sualı cavablandıran Lukaşenka deyib ki, konstitusiyanın bu məsələ ilə heç bir əlaqəsi yoxdur: "Çünki bizim köhnə konstitusiyamıza görə, heç kim mənə nüvə silahını Belarusa qaytarmağıma mane olmayıb. Bu, tamamilə eynidir. Konstitusiyanın dəyişdirilməsi, biz bu barədə heç düşünməmişik. Bu, Qərbin uydurmasıdır”, - Lukaşenko deyib. Вернуться назад |