Главная > Siyasət / Manset > Kadırov Baydeni “manyak” adlandırdı

Kadırov Baydeni “manyak” adlandırdı


18-03-2022, 19:15. Разместил: admin
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putini “hərbi cinayətkar” adlandıran ABŞ Prezidenti Co Baydenə cavab verib.
“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, Kadırov bu barədə öz rəsmi teleqram kanalında yazıb.

“O, başqa ölkələri uydurma səbəblərə görə məhv edərək, özünün bir çox sələfi kimi, sözün əsl mənasında başqa bölgələrdəki xaosdan həzz alır və Amerika mərmiləri altında həlak olan dinc qadınların, uşaqların və qocaların “qanını içməkdən doymur”. Özünü dünya jandarmı hesab edən bu manyak Prezidentimizi qiymətləndirmək cürəti göstərir?!”, - deyə Kadırov qeyd edib.

Onun sözlərinə görə, bu gün dünya liderləri arasında ABŞ Prezidentindən daha yaxşı tanınan hərbi cinayətkar yoxdur.
Вернуться назад