Главная > Siyasət / Manset > Ukraynada qaçırılan mer danışdı

Ukraynada qaçırılan mer danışdı


17-03-2022, 16:48. Разместил: admin
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Rusiya hərbçiləri tərəfindən qaçırılan Melitopol şəhərinin meri İvan Fedorov sərbəst buraxılıb. O, əsir götürülən 9 rus əsgəri ilə dəyişdirilib.

“Azadsəs.az”ın Ukrayna mediasına istinadən məlumatına görə, Fedorov sərbəst buraxıldıqdan sonra ilk videomüraciət ünvanlayıb.

“İlk növbədə, həbs olunmaqdan, repressiyalardan, sorğu-suallardan qorxmadan öz mövqeyini müdafiə edən, mitinqlərə, nümayişlərə çıxan, azad xalq olduğumuzu deyən hər bir melitopolluya təşəkkür etmək istəyirəm”, - deyə Fedorov qeyd edib.

O, həmçinin dəstəyinə görə Melitopol sakinlərinə və tez bir zamanda azad olunmasına kömək etdiyinə görə ölkə Prezidenti Volodimir Zelenskiyə minnətdarlığını bildirib.

Mer hadisənin detallarını daha sonra açıqlayacağını bildirib.
Вернуться назад