Главная > Siyasət > “Rusiya ilə danışıqlar davam etməlidir” - Zelenski

“Rusiya ilə danışıqlar davam etməlidir” - Zelenski


16-03-2022, 10:23. Разместил: admin
“Ukrayna nümayəndə heyəti ilə Rusiya arasında danışıqlar davam etməlidir”.

“Azadsəs.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Bu, çətin, lakin vacibdir. Tərəflərin mövqeləri artıq daha real səslənir, lakin hələ də vaxt lazımdır. İstənilən müharibə razılaşma ilə başa çatır. Mənə verilən məlumata görə, görüşlər davam edir. Danışıqlar daha real səslənir. Lakin qərarların Ukraynanın maraqlarına uyğun olması üçün hələ də vaxt lazımdır”, - deyə Zelenski qeyd edib.
Вернуться назад