Главная > Siyasət > Bayden gələn həftə Avropaya səfər edəcək
Bayden gələn həftə Avropaya səfər edəcək16-03-2022, 08:52. Разместил: admin |
ABŞ Prezidenti Co Bayden gələn həftə Rusiya-Ukrayna müharibəsi ilə bağlı NATO və Avropa İttifaqı sammitlərində iştirak etmək üçün Avropaya səfər edəcək. “Azadsəs.az” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib. "Gələn həftə Bayden Belçikanın paytaxtı Brüsselə gedəcək və burada martın 24-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı NATO-nun fövqəladə sammitində iştirak edəcək. Bayden burada NATO müttəfiqlərimizə sarsılmaz dəstəyimizi ifadə edəcək. O, Avropa Şurasının zirvə toplantısında da iştirak edəcək", - Psaki qeyd edib. Psaki əlavə edib ki, sözügedən sammitlərdə Rusiyaya qarşı iqtisadi sanksiyalar, Ukraynaya humanitar yardımlar və bölgədəki məsələlərin müzakirə olunacaq. Вернуться назад |