Главная > Siyasət > ABŞ Lukaşenkonun xanımına sanksiya tətbiq etdi

ABŞ Lukaşenkonun xanımına sanksiya tətbiq etdi


15-03-2022, 22:51. Разместил: admin
ABŞ Maliyyə Nazirliyi Rusiya və Belarusun 15 fiziki şəxsinə qarşı sanksiya tətbiq edib.

“Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, yeni sanksiya tətbiq edilənlər siyahısına Rusiya müdafiə nazirinin bir sıra müavinləri, o cümlədən Aleksey Krivoruçko, Nikolay Pankov, Yuri Sadovenko, Timur İvanov, Yunus-Bek Yevkurov, Dmitri Bulqakov, Ruslan Tsalikov və Gennadi Jidko, həmçinin Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin və “Rosoboroneksport”un rəhbərləri Dmitri Şuqayev və Aleksandr Mixeyev, Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov daxildir.

Siyahıda, həmçinin, Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalina Lukaşenkonun da adı var.


Вернуться назад