Главная > Siyasət > Ceyhun Bayramov Antalyada finlandiyalı həmkarı ilə görüşdü
Ceyhun Bayramov Antalyada finlandiyalı həmkarı ilə görüşdü11-03-2022, 21:18. Разместил: admin |
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb. “Azadsəs.az” xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bildirilib ki, nazirlər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT çərçivəsində əməkdaşlıq münasibətlərini müzakirə ediblər. Görüş zamanı nazir Ceyhun Bayramov iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bu xüsusda, tərəflər siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda, Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb. Вернуться назад |