Главная > Siyasət > Rusiya Ukraynaya bu 6 tələbi irəli sürüb
Rusiya Ukraynaya bu 6 tələbi irəli sürüb11-03-2022, 09:13. Разместил: admin |
Rusiyanın Ukraynaya irəli sürdüyü 6 tələb üzə çıxıb. “Azadsəs.az” xəbər verir ki, həmin tələbləri zn.ua etibarlı diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən dərc edib. Belə ki, Rusiya Ukraynadan tələb edir: - NATO-ya daxil olmaqdan imtina. Ukraynanın neytral statusu. - Rus dili ikinci dövlət dili elan olunacaq. Onu pozan bütün qanunların ləğvi. - Krımın Ukrayna tərəfindən Rusiya ərazisi kimi tanınması. - Qondarma DXR və LXR-in müstəqilliyinin Ukrayna tərəfindən tanınması. - Denazifikasiya. Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğvi. - Ukraynanın demilitarizasiyası. İstənilən növ hücum silahlarından tamamilə imtina. Вернуться назад |