Главная > Siyasət / Manset > Lukaşenko Putinlə görüşə gedir

Lukaşenko Putinlə görüşə gedir


10-03-2022, 18:54. Разместил: admin
Belarus Prezidenti Aleksandr Lukaşenko martın 11-i Rusiyaya səfər edəcək.

“Azadsəs.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Belarus dövlət başçısının Mətbuat xidməti yayıb.

Lukaşenko Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Tərəflər görüş zamanı bölgə və Ukraynadakı vəziyyətlə yanaşı, iki ölkə arasında münasibətlərə dair məsələləri müzakirə edəcəklər.

Kreml də, öz növbəsində martın 11-i Putinlə Lukaşenko arasında görüşün keçiriləcəyini təsdiqləyib.
Вернуться назад