Главная > Siyasət / Manset > Türkiyədə Lavrovla Kulebanın görüşü başa çatdı - Fotolar + Yenilənib
Türkiyədə Lavrovla Kulebanın görüşü başa çatdı - Fotolar + Yenilənib10-03-2022, 15:39. Разместил: admin |
Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rusiya və Ukrayna XİN başçılarının görüşü olacaq. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, Sergey Lavrovla Dmitri Kuleba danışıqlar üçün Moskva vaxtı ilə təxminən 10:45-də (Bakı vaxtı ilə 11:45) Antalyaya gələcək, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə protokola əsasən, onlarla görüşəcək. Bu, Rusiya və Ukrayna XİN rəhbərləri arasında Rusiyanın hərbi əməliyyatı başlayandan bəri ilk görüş olacaq. *** İclasın saat 11:00-da (Bakı vaxtı ilə 12:00) başlaması gözlənilir. Görüşün keçiriləcəyi məkanın bayraq dirəklərində Rusiya və Ukrayna bayraqları yan-yana asılıb. *** Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitri Kuleba arasında üçtərəfli görüş başlayıb. *** XİN rəhbərlərinin görüşü yekunlaşıb. S. Lavrovla D. Kuleba ayrı-ayrılıqda mətbuat konfransı keçirir. Вернуться назад |