Главная > Siyasət / Manset > “Putin Avropanı da bölmək istəyir” - Zelenski təhlükədə olan ölkələri açıqladı

“Putin Avropanı da bölmək istəyir” - Zelenski təhlükədə olan ölkələri açıqladı


10-03-2022, 11:52. Разместил: admin
"Putin Ukrayna kimi, Avropanı da bölmək istəyir. Əminəm ki, Moldova, Gürcüstan, Baltikyanı ölkələr və hətta Polşa təhlükə altındadır. Rusiya başqa bir dövlətə hücum etmək imkanına sahibdirsə, bütün qitə təhlükə altındadır”.

“Azadsəs.az” xəbər verir ki, bunu Almaniyanın həftəlik "Die Zeit" qəzetinə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski Rusiyanın ölkəsinə qarşı müharibəsində xalqının yanında olduğunu bildirib:

“Mənim üçün ən yaxşı qorunma budur. Rusiya işğala hazırlaşanda Putin ukraynalıların ölkəsini belə bir güclə müdafiə edəcəyinə inanmırdı. Kremlin, Sovet İttifaqının Hitlerə qarşı olduğu kimi, bu müharibənin bizim üçün bir vətənsevərlik müharibəsi olacağını gözləmirdi. Putinin adamları Ukraynanı tanımır, amma biz beləyik. Bu Qərbdəki bir çox insanın dərs alması lazım olan bir prinsipdir”.

Zelenski Kiyevdə olduğunu bildirib. O, ABŞ-ın onu ölkədən çıxarmağı təklif etməsi ilə bağlı da danışıb:

“Xeyr! Amerikalılar məni səhv tanıyıb, mən xalqımla qalıram”.

Ukrayna lideri Qərbin Ukraynaya hərbi dəstəyinin vaxtında yerinə yetirilmədiyini vurğulayıb:

“Bu olmadı. Dedim, Ukraynanı elə bir formada dəstəkləyin ki, təhlükəsizliyimiz təmin olunsun. Bu da edilmədi. İndi işğal altındayıq. Rus birlikləri şəhərlərimizi məhv edir, insanları küçələrdə güllələyir. Anlayırsınız? Hətta qaçqınları da öldürürlər. Raketləri iqamətgahları, universitetləri və kilsələri vurub. Bu, barbarlıqdır. Bəli, silah alırıq, amma barbarlıq qurtarmadığı üçün daha çoxuna ehtiyacımız var”.

Zelenski sanksiyaların kifayət etmədiyini söyləyib:

“Qərb şirkətləri hələ də müxtəlif bəhanələrdə Rusiya bazarında qalır. Bu sanksiyalar daha da sərtləşməlidir”.

Ukrayna Prezidenti Rusiyanın nüvə müharibəsi təhlükəsinin blef olduğunu düşünür:

“Qatil olmaq ayrı, intihar ayrı şeydir. Nüvə silahından hər hansı istifadə yalnız ondan istifadə edənin deyil, iştirak edən hər kəsin sonudur. Bunun əvəzinə Putinin hədəsi zəifliyini göstərir. O, nüvə silahından yalnız təhdid kimi istifadə edir. Mən əminəm ki, Rusiya nüvə silahından istifadə cəhdinin fəlakətli nəticələrindən xəbərdardır”.
Вернуться назад