Главная > Siyasət > Cənubi Koreyanın yeni prezidenti seçildi

Cənubi Koreyanın yeni prezidenti seçildi


10-03-2022, 09:41. Разместил: admin
Cənubi Koreyada aparıcı müxalifət Vətəndaş Qüvvələr Partiyasından olan prezidentliyə namizəd Yoon Suk-yeol seçkilərdə qalib gəlib.

"Azadsəs.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilib ki, onun əsas rəqibi hakim Toburo Demokratik Partiyasından olan Li Jae-myunq məğlubiyyətini etiraf edib.

Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98 faizi hesablanıb. Seçicilərin 48,5 faizi %-i Yoon Suk-yeola, 47,8%-i Li Jae-myunqa səs verib.
Вернуться назад