Главная > Siyasət / Manset > Sabah Aİ liderləri Parisdə Ukraynanı müzakirə edəcək
Sabah Aİ liderləri Parisdə Ukraynanı müzakirə edəcək9-03-2022, 23:47. Разместил: admin |
Avropa İttifaqı ölkələrinin liderləri Rusiyanın Ukraynaya hücumları, mövcud sanksiyaların təsirləri, yeni sanksiyalar, enerji bazarı, Ukraynanın üzvlük müraciəti, qaçqınlar, müdafiə və ərzaq kimi müxtəlif mövzuları müzakirə edəcəklər. “Azadsəs.az” xəbər verir ki, Aİ-yə üzv olan 27 ölkənin liderləri sabah Paris yaxınlığındakı Versal sarayında Fransanın ev sahibliyi ilə bir araya gələcək. İki gün davam edəcək Aİ Liderlər Zirvəsi zamanı Rusiya-Ukrayna müharibəsi əsas müzakirə mövzusu olacaq. Liderlər, həmçinin, SWIFT sistemindən çıxarıla biləcək əlavə Rusiya bankları məsələsini də müzakirə edəcəklər. Rusiyaya qarşı əlavə sanksiyaların hansı şərtlər altında həyata keçirilə biləcəyi də müzakirə olunacaq. Bəzi ölkələr limanların Rusiya gəmiləri üçün bağlanmasını istədiyi üçün bu məsələnin də gündəmə gəlməsi gözlənilir. Aİ-nin ABŞ və Böyük Britaniya kimi Rusiyadan neft idxalına qadağası da müzakirə olunacaq. Aİ ölkələri neft baxımından Rusiyadan çox asılıdır və bununla bağlı sürətli addımlar gözlənilmir. Ukrayna ilə yanaşı, Moldova və Gürcüstan da Aİ-yə üzvlük üçün müraciət edib. Liderlər bu məsələni də müzakirə edəcəklər. Liderlər, həmçinin, Aİ-nin 2015-2016-cı illərdən bəri üzləşdiyi ən böyük qaçqın axını məsələsini də təhlil edəcəklər. Bu kontekstdə Aİ liderləri son iki həftədə Ukraynadan gələn 2 milyon qaçqını və yeni gələnlərə necə dəstək veriləcəyini də müzakirə edəcəklər. Sammitdə müdafiə sahəsi də müzakirə olunacaq mövzulardan biridir. Rusiyanın Ukraynaya hücumundan sonra Avropada təhlükəsizlik məsələsi daha da ön plana çıxıb. Almaniya müdafiə xərclərini sürətlə artıracağını açıqlayıb. Aİ liderləri müdafiə xərcləri və potensialının artırılması ilə bağlı razılığa gəliblər. Bu sahədə atıla biləcək yeni addımlar liderlər səviyyəsində müzakirə olunacaq. Görüşlərdə müzakirə olunacaq digər mühüm mövzu enerjidir. Liderlər təbii qaz, neft və kömür baxımından Rusiyadan asılılığını azaltmaq üçün atacaqları addımları müzakirə edəcəklər. Bu baxımdan üzv ölkələr Rusiyadan asılılığı sürətlə azaltmağı qarşılarına ümumi məqsəd qoyublar. Enerji təchizatı təhlükəsizliyi ilə yanaşı, son dövrdə sürətlə artan neft və təbii qaz kimi məhsulların qiymətləri də qiymətləndiriləcək. Bununla bağlı görüləcək tədbirlər müzakirə olunacaq. Bundan başqa qida məsələsi də liderlərin gündəmində olacaq. Rusiya və Ukrayna qlobal buğda bazarının 30 faizini təşkil edir. Hazırda bu bazarlarda dalğalanma var. Üzv ölkələrin qida ilə bağlı nə edə biləcəyi liderlər səviyyəsində müzakirə olunacaq. Вернуться назад |