Главная > Siyasət > Azərbaycan “Laçın dəhlizi” ilə bağlı xarici dövlətlərə məktub göndərdi
Azərbaycan “Laçın dəhlizi” ilə bağlı xarici dövlətlərə məktub göndərdi9-03-2022, 19:45. Разместил: admin |
Nazirlər Kabineti “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı bir sıra təşkilat və xarici dövlət orqanlarına məktub ünvanlayıb. “Azadsəs.az”ın Trend-ə istinadən məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. “Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzrə öhdəliyinə zidd olaraq, öz silahlı qüvvələrini qanunsuz olaraq Azərbaycan ərazilərinə yerləşdirməsi, o cümlədən, təxribat-diversiya qrupları vasitəsilə təxribat xarakterli addımları, “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı Azərbaycan adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə məktublar ünvanlanıb”, - deyə hesabatda qeyd olunub. Вернуться назад |