Главная > Siyasət / Manset > Yutub Solovyovun kanalını sildi
Yutub Solovyovun kanalını sildi8-03-2022, 12:17. Разместил: admin |
“YouTube” rusiyalı teleaparıcı Vladimir Solovyovun “Solovyev Live” kanalını bloklayıb. “Azadsəs.az” xəbər verir ki, bu barədə o, özünün Teleqram kanalında bildirib. Solovyovun kanalının bir milyondan çox abunəçisi var idi. Qeyd edək ki, Solovyov ermənipərəst olması ilə seçilir. O, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı təbliğat aparması ilə yadda qalmışdı. Onu da əlavə edək ki, bir sıra ölkələr Rusiyanın Ukraynaya qarşı elan etdiyi müharibə ilə əlaqədar Vladimir Solovyova da sanksiya tətbiq edib. Вернуться назад |