Главная > Siyasət / Manset > Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun vaxt açıqlandı

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun vaxt açıqlandı


5-03-2022, 22:12. Разместил: admin
Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundu yaxın bir-iki gün ərzində baş tutacaq.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşrinə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

O, danışıqların növbəti raundunun mümkün vaxtı ilə bağlı suala cavab olaraq, “Növbəti bir-iki gün ərzində” deyib. "Biz, digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, - Podolyak əlavə edib.

***

“Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya Feysbuk hesabında yazıb ki, danışıqların üçüncü raundu bazar ertəsi baş tutacaq.
Вернуться назад