Главная > Siyasət / Manset > ATƏT sədri Rusiya və Ukraynaya çağırış etdi

ATƏT sədri Rusiya və Ukraynaya çağırış etdi


5-03-2022, 20:13. Разместил: admin
ATƏT sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Ukraynada münaqişə tərəflərini danışıqlar dövründə atəşi dayandırmağa çağırıb.

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zbiqnev Rau bu barədə Varşavada ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdən sonra deyib.

“Rusiya və Ukrayna arasında sülh danışıqları dövründə qan tökülməsini və hərbi əməliyyatları dayandırmağa çağırıram”, - deyə Rau söyləyib.

ATƏT sədri, həmçinin hər iki tərəfi beynəlxalq hüquqa riayət etməyə və hərbi əsirlərlə ləyaqətlə davranmağa səsləyib.

Bununla yanaşı, o, tərəfləri Ukraynada humanitar dəhlizlərin yaradılmasına davam etməyə çağırıb.


Вернуться назад