Главная > Siyasət > Oqtay Əsədovdan çıxış edən deputatlara xəbərdarlıq: “Sözünüz yarımçıq qalanda yaxşı çıxmır”
Oqtay Əsədovdan çıxış edən deputatlara xəbərdarlıq: “Sözünüz yarımçıq qalanda yaxşı çıxmır”13-11-2019, 14:47. Разместил: azadses |
Milli Məclisin spikeri Oqtay Əsədov parlamentdə çıxış edən deputatlara xəbərdarlıq edib. “Report” xəbər verir ki, iclasda çıxış üçün 5 dəqiqəlik limitin olduğunu xatırladan O.Əsədov deputatlara bunu nəzərə almalarını tövsiyə edib. “Hörmətli millət vəkilləri! Bilirsiniz ki, çıxış üçün 5 dəqiqə vaxt nəzərdə tutulub. Sözünüz, cümləniz yarımçıq qalanda yaxşı çıxmır. Ona görə də xahiş olunur 5 dəqiqəyə riayət edək”- deyə spiker əlavə edib. Daha sonra çıxış üçün deputat Tahir Kərimliyə söz verilib. Вернуться назад |