Главная > Siyasət > “Üç gündür ki, ailəmi görmürəm” - Zelenski

“Üç gündür ki, ailəmi görmürəm” - Zelenski


2-03-2022, 18:39. Разместил: admin
“Üç gündür ki, ailəmi, uşaqları görmürəm”.

“Azadsəs.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Jurnalistin “Ailənizi, uşaqlarınızı görə bilirsinizmi? Onları ən son nə vaxt görmüsünüz?” sualına cavabında Zelenski onları ən son 3 gün əvvəl gördüyünü bildirib.

Zelenski açıqlama verərkən Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak gələrək hazırda Rusiya qoşunları tərəfindən Kiyevdə Babi Yar memorialının bombalandığını məlumat verib.

Qeyd edək ki, Zelenski keçmiş məktəb dostu olan Yelena Zelenskaya ilə evlidir. Cütlük 2003-cü ilin sentyabrında ailə həyatı qurub. Onların Aleksandra (18 yaş) adlı qızı və Krill (9 yaş) adlı oğlu var.


Вернуться назад