Главная > Siyasət / Manset > “Türkiyəyə də kimsə hücum edəndən sonra Aİ-yə qəbul edəcəksiniz?” - Ərdoğan
“Türkiyəyə də kimsə hücum edəndən sonra Aİ-yə qəbul edəcəksiniz?” - Ərdoğan2-03-2022, 09:00. Разместил: admin |
“Hazırda Ukraynanın Avropa İttifaqına daxil olması üçün göstərilən səyləri, həqiqətən, yüksək qiymətləndiririk. Bu, həm də Avropa İttifaqı üzvləri üçün yaxşı bir inkişafdır. Aİ üzvlərinə deyirəm ki, görəsən, Türkiyəni niyə Aİ-yə qəbul etməkdən narahat olursunuz, tərəddüd edirsiniz və ya almırsınız?” “Azadsəs.az” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri Aİ üzvü ölkələrə səslənib: “Hazırda Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı, lütfən, Türkiyə üçün də göstərin. Yoxsa Türkiyəyə də kimsə hücum edəndən sonra bu barədə düşünəcəksiniz?” Qeyd edək ki, Avropa Parlamenti Aİ-yə üzv dövlətlərə Ukraynaya üzvlüyə namizəd statusunun verilməsi üzərində işləməyi tövsiyə edən qətnaməni təsdiqləyib. Вернуться назад |