Главная > Siyasət > Daha bir rusiyalı milyarder müharibəyə qarşı çıxdı
Daha bir rusiyalı milyarder müharibəyə qarşı çıxdı28-02-2022, 20:56. Разместил: admin |
Avropa ittifaqı və ABŞ-ın sərt sanksiyalarına məruz qalan Rusiyanın “Tinkoff Bank”ının qurucusu Oleq Tinkov Ukrayna ilə müharibəyə qarşı çıxıb. “Azadsəs.az” xəbər verir ki, iş adamı bu barədə İnstaqramda paylaşım edib. O, insanların ölümünün qəbuledilməz olduğunu deyib. "İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu, ağlasığmaz və qəbuledilməzdir! Dövlətlər pulu müharibəyə yox, insanların müalicəsinə, xərçəngə qalib gəlmək üzrə tədqiqatlara xərcləməlidirlər. Biz bu müharibəyə qarşıyıq!" – o bildirib. Qeyd edək ki, bundan əvvəl rusiyalı milyarder Mixail Fridman (“Alfa Group”), eləcə də, Rusiya Prezidenti Vladimir Putinə yaxın olan Oleq Deripaska (“Rusal”) oxşar açıqlama ilə çıxış etmişdi. Вернуться назад |