Главная > Siyasət > Ukrayna hərbçilərinin maaşı 5650 manata qaldırıldı

Ukrayna hərbçilərinin maaşı 5650 manata qaldırıldı


28-02-2022, 13:49. Разместил: admin
Ukrayna hərbçilərinin aylıq əmək haqları 100 min qrivna (5650 AZN) olacaq.

“Azadsəs.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

“Biz anlamalıyıq ki, bu gün ən önəmli iş hərbçi olmaq, vətəni qorumaqdır. Ona görə, mən istəyirəm ki, dövlət bu işə görə layiqincə ödəniş etsin. Biz, əlində silah tutan hərbçilərimizə ayda 100 min qrivna ödəyəcəyik. Bunu onların bizə “sağ ol” deməsi üçün etmirik. Qoy bilsinlər ki, ölkə onlara minnətdardır. Bu, müharibə bitənə qədər davam edəcək”, - Zelenski vurğulayıb.
Вернуться назад