Главная > Siyasət / Manset > “Lukaşenko bunu öz üzərinə götürüb” - Zelenski
“Lukaşenko bunu öz üzərinə götürüb” - Zelenski27-02-2022, 18:17. Разместил: admin |
“Razılaşdıq ki, Ukrayna nümayəndə heyəti Ukrayna-Belarus sərhədində, Pripyat çayı ərazisində Rusiya ilə əvvəlcədən şərtsiz görüşəcək”. “Azadsəs.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün rəsmi feysbuk hesabında yazıb. “Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin gediş-gəliş, danışıqlar və qayıdış zamanı Belarus ərazisinə yerləşdirilən bütün təyyarə, helikopter və raketlərin yerdə qalacağını öz üzərinə götürüb” – Zelenski bildirib. Вернуться назад |