Главная > Siyasət / Dünya > Ukrayna Haaqa Məhkəməsinə müraciət edəcək
Ukrayna Haaqa Məhkəməsinə müraciət edəcək25-02-2022, 23:12. Разместил: admin |
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna hərbi cinayət kimi Vorzeldəki uşaq evinin və Axtırkada uşaq bağçasının atəşə tutulması ilə bağlı materialları Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edəcək. “Azadsəs.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəhbəri Twitter mikrobloqunda məlumat verib. "Bu gün Rusiya ordusunun uşaq bağçasına və uşaq evinə hücumları müharibə cinayətləridir və Roma Nizamnaməsinin pozulmasıdır. Baş Prokurorluqla birlikdə bu və digər materialları toplayırıq və dərhal Haaqaya təhvil verəcəyik. Məsuliyyət qaçılmazdır”, - Kuleba bildirib. Qeyd edək ki, bu gün Kiyev vilayətinin Vorzel şəhərində 50 uşaqlı uşaq evi Rusiya Silahlı Qüvvələrinin atəşinə məruz qalıb. Ukraynanın baş prokuroru İrina Venediktovanın sözlərinə görə, döyüş əməliyyatları zamanı rus hərbçiləri Vorzeldəki uşaq evinin binalarından birinə, ehtimal ki, “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə atəş açılıb. Sonradan məlum olub ki, Sumı vilayətinin Axtırka şəhərində uşaq bağçasının atəşə tutulması zamanı 3 nəfər ölüb, 17 uşaq yaralanıb. Üç uşağın vəziyyəti ağırdır. Вернуться назад |