Главная > Siyasət / Manset > “Makron Putinə ölümləri dayandırmağı təklif etdi, o qəbul etmədi”

“Makron Putinə ölümləri dayandırmağı təklif etdi, o qəbul etmədi”


25-02-2022, 20:51. Разместил: admin
“Fransa Prezidenti Emmanel Makron Ukrayna Prezidenti Volodimir Zelenskinin xahişi ilə Putinlə danışıb”.

“Azadsəs.az” xəbər verir ki, bunu “France İnter” radiosuna açıqlamasında Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

O qeyd edib ki, Makron Putinə ölümləri dayandırmağı və dialoq yolunu seçməyi təklif edib, lakin Rusiya lideri bunu qəbul etməyib.

Bundan başqa, nazir əlavə edib ki, Rusiya elan edilən sanksiyaların təsirini anlamır.

Le Drian bildirib ki, Zelenskinin təhlükəsizliyi vacibdir və lazım gələrsə, ona kömək edəcəklər.
Вернуться назад