Главная > Siyasət > Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin müşaviri ilə danışdı
Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin müşaviri ilə danışdı25-02-2022, 19:47. Разместил: admin |
Bu gün xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, Dövlət Katibinin ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş tutub. XİN-dən “Azadsəs.az”a verilən məlumata görə, tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər. Вернуться назад |