Главная > Siyasət / Manset > “Ukraynalıların təhlükəsizliyi üçün əlimizdən gələni edəcəyik”

“Ukraynalıların təhlükəsizliyi üçün əlimizdən gələni edəcəyik”


24-02-2022, 18:58. Разместил: admin
“Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatı qəbuledilməz hesab edirik”.

“Azadsəs.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Rusiyanın bu addımı bölgənin sülhünə, əmin-amanlıq və rifahına vurulmuş ağır bir zərbədir:

“Hər ikisini dost ölkələr olaraq gördüyümüz Rusiya və Ukraynanın bu cür qarşı-qarşıya gəlməsindən dərin kədər hissi duyuruq. Biz Ukraynada hər kəsin təhlükəsizliyinin təmin olunması üçün əlimizdən gələni edəcəyik. Dərin tarixi bağlarımız və dostluq əlaqələrimiz olan Rusiya və Ukrayna arasındakı problemlərin Minsk razılaşmaları çərçivəsində dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışımızı bir daha təkrar edirik. Dünən cənab Putinlə söhbətimdə də bunları dilə gətirdim”.
Вернуться назад