Главная > Siyasət / Manset > Rusiya-Ukrayna savaşı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Rusiya-Ukrayna savaşı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?24-02-2022, 18:22. Разместил: admin |
Məlum olduğu kimi, bu gün səhər saatlarından etibarən Rusiya-Ukrayna arasında silahlı münaqişə başlayıb. Artıq Ukraynanın bir sıra şəhərlərinin atəşə məruz qaldığı bildirilir. Hər iki ölkənin Azərbaycanla sıx ticari-iqtisadi əlaqələrinin olduğunu nəzərə alsaq, Rusiya-Ukrayna savaşı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? “Azadsəs.az” xəbər verir ki, bu məsələyə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında münasibət bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə Azərbaycan ilə Ukrayna arasında ümumi ticarət dövriyyəsi 771 milyon 500 min dollar olub: “İl ərzində Ukraynadan 418 milyon 455 min dollarlıq mal idxal etmişik və 353 milyon 45 min dollarlıq məhsul isə bu ölkəyə ixrac olunub". Rusiyaya gəldikdə isə, Vüqar Bayramov vurğulayıb ki, ümumi illik ticarət dövriyyəmiz 2 milyard 671 milyon dollar olub: “Rusiyadan idxalımız (1 milyard 962 milyon dollar), şimal qonşumuza ixracımız isə (709 milyon 390 min dollar) olub. Deputatın sözlərinə görə, hər iki ölkə üzrə məhsul idxal və ixrac strukturu göstərir ki, savaşın uzun müddətli olacağı halda Ukrayna ilə xarici ticarət dövriyyəmizdə azalmanın olması gözləniləndir: “Nəqliyyat əlaqələrinin minimumlaşması da ölkələr arasındakı ticari əməkdaşlığına təsirsiz ötüşməyəcək. Təbii ki, bu təsirlərin miqyası savaşın müddətindən birbaşa asılı olacaq. Savaş Rusiya ərazisində getmədiyi üçün şimal qonşumuz ilə ticari əlaqələrə hələlik xüsusi təsiri yoxdur. Amma əgər rubl ucuzlaşmaqda davam edərsə və sanksiyalar Rusiyada alıcılıq qabiliyyətini aşağı salarsa, o zaman bu qeyri-neft ixracatımıza təsir göstərə bilər. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlarda, o cümlədən Körfəz və Avropa Birliyi ölkələrinə ixrac həcminin artırmaqla bazarların şaxələndirilməsi çox vacibdir. İxrac bazarlarının diversifikasiyası xarici şokların təsirlərinin minimumlaşdırılması baxımından da aktualdır”. Вернуться назад |