Главная > Siyasət / Manset > “Vladimir Vladimiroviçlə biz çox söhbət etdik” - İlham Əliyev

“Vladimir Vladimiroviçlə biz çox söhbət etdik” - İlham Əliyev


23-02-2022, 09:57. Разместил: admin
“Bu gün Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir”.

“Azadsəs.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşündə deyib.

“Bu gün Vladimir Vladimiroviçlə biz çox söhbət etdik, həm ikitərəfli qarşılıqlı fəaliyyətə, həm də regional problemlərə dair çox mühüm mövzuları müzakirə etdik. Əlbəttə, mətbuat qarşısına çıxanda ölkələrimizin dövlətlərarası münasibətləri tarixində qalacaq bu günün vacibliyini qeyd etdik.

Əlbəttə, rəmzi haldır ki, bu hadisə ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində baş verir. Başqa məsələlərdən əlavə, biz ticari-iqtisadi əməkdaşlıq məsələlərini də nəzərdən keçirdik, əlaqələrimizin necə inkişaf etməsindən məmnun olduğumuzu bildirdik. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrimizin inkişafına şəxsən ayırdığınız diqqətə görə sizə təşəkkürümü bildirmək istərdim. Pandemiya şəraitinə baxmayaraq, əmtəə dövriyyəsi xeyli artıb. Bu, əlbəttə, bizim nə dərəcədə səmərəli işləməyimizin göstəricisidir.

Ölkələrimizin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi hökumətlərarası komissiyanın səmərəli işini də qeyd etmək istərdim. Bu komissiya gömrük məntəqələrində, nəzarət-buraxılış məntəqələrində yaranan məsələləri operativ surətdə həll edir və ticari-iqtisadi əlaqələrimizin strateji planlaşdırılması ilə məşğul olur.

Çox xoşdur ki, qarşılıqlı ticarətin həcmi artır. Fikrimcə, daha çox potensial var. Ümid edirik ki, biz bu il də əmtəə dövriyyəsinin artmasını məmnuniyyətlə qeyd edəcəyik”, - dövlət başçısı vurğulayıb.
Вернуться назад