Главная > Siyasət > İlham Əliyev və Vladimir Putin Bəyannamə imzalayacaq

İlham Əliyev və Vladimir Putin Bəyannamə imzalayacaq


21-02-2022, 16:53. Разместил: admin
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edəcək.

“Azadsəs.az”ın Kremlin Mətbuat xidmətinə istinadən məlumatına görə, Prezidentin Rusiyaya səfəri fevralın 22-si baş tutacaq.

Bildirilir ki, səfər zamanı İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı bəyanatların icrasını müzakirə edəcəklər.

“Görüş zamanı iki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunur ki, danışıqların yekununda İlham Əliyevlə Vladimir Putin Azərbaycan və Rusiya arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiqlik Münasibətləri Haqqında Bəyannamə imzalayacaqlar.
Вернуться назад