Главная > Siyasət / Manset > Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olundu
Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olundu19-02-2022, 13:54. Разместил: admin |
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçirilib. “Azadsəs.az” xəbər verir ki, yığıncaqda AMEA prezidenti, akademik Ramiz Mehdiyev çıxış edib. O, Rəyasət Heyətinin fevralın 14-də baş tutan iclasında yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirib. Daha sonra Nizamnaməyə uyğun olaraq Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq R. Mehdiyevin müraciəti qəbul olunub. Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazıb. Вернуться назад |