Главная > Siyasət > Milli Şuranın növbəti videokonfransı: Bu dəfə Altay Göyüşov ağır təhqir olunub - VİDEO
Milli Şuranın növbəti videokonfransı: Bu dəfə Altay Göyüşov ağır təhqir olunub - VİDEO16-05-2020, 15:39. Разместил: azadses |
Milli Şuranın növbəti videokonfransının görüntüləri yayılıb. Azad Səs-in məlumatına görə, bu görüntüdə, əsasən, professor Altay Göyüşovla bağlı müzakirələr aparılıb. Gültəkin Hacıbəyli və Rahim Hacıyev Altay Göyüşovu təhqir edərək, onu saxta professor adlandırıblar. Gültəkin Hacıbəyli Altay Göyüşovun ABŞ-da yaşayan Sevinc Osmanqızını təhqir etdiyini bildirib: “Ramiz Yunus “Osmanqızı” kanalında Altay haqqında fikirlər səsləndirib. Altay Göyüşov da Sevinc haqqında çox pis yazıb”. “Azadlıq” qəzetinin sabiq baş redaktoru Rahim Hacıyev isə Altay Göyüşovu ağır təhqir edib: “O, oyunlar içindədir. Alim və tədqiqatçı adam belə şey etməlilidir. Bu qədər tərbiyəsizlik, səviyyəsizlik etmək olmaz. Onda ciddi psixoloji problemlər olduğu görsənir. O özünə çox vurğun adamdır”. Rafiq Manaflı isə Altay Göyüşovun dayaz adam olduğunu, əllaməlik etdiyini bildirib. Milli Şuranın digər üzvü Qənimət Zahid də Altay Göyüşovu tərbiyəsiz adam adlandırıb. Vəkil Namizəd Səfərov isə Altay Göyüşovun leksikonunda tərbiyəsiz sözlərin üstünlük təşkil etdiyini deyib: “Lakin cəmiyyət içində Altay Göyüşov da, Aslan İsmayılov da bəyənilir. Bu da onların özlərini professor kimi aparmasına əsas verir. Altay müəllimdir, çoxlu tələbəsi var” N. Səfərovun sözlərinə münasibət bildirən Rahim Hacıyev yenidən Altay Göyüşovu təhqir edib: “Dünyanın hər yerində bunun kimi başdan xarab, səfeh hərəkətlər edənlərin bəlli bir çevrəsi, auditoriyası var. İnanmıram ki, əvvəlki kimi ona diqqət olsun”. Qeyd edək ki, bir neçə gün əvvəl də Milli Şuranın videokonfransının görüntüləri yayılıb. Həmin görüntülərdə Milli Şuranın Koordinasiyası Mərkəzinin üzvlərinin cinsi azlıqları təhqir etdiklərini, Müsavat və Real partiyasının fəaliyyətlərini lağa qoyduqları ortaya çıxıb. Videonu bu linkdən izləyə bilərsiniz: Вернуться назад |