Главная > Siyasət > Qriqoryanla Zas sərhəddəki vəziyyəti müzakirə etdi
Qriqoryanla Zas sərhəddəki vəziyyəti müzakirə etdi11-02-2022, 15:13. Разместил: admin |
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas arasında telefon danışığı baş tutub. “Azadsəs.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər söhbət zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. Bununla yanaşı, Qriqoryanla Zas Ermənistanın KTMT-də hazırkı sədrliyi ilə bağlı bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıblar. Вернуться назад |