Главная > Siyasət / Manset > Devid Satter: “Azərbaycanla Qərb arasında münasibətlərin dəyişdiyini düşünmürəm”

Devid Satter: “Azərbaycanla Qərb arasında münasibətlərin dəyişdiyini düşünmürəm”


7-02-2022, 13:32. Разместил: azadses
Türkiyə Ukraynaya kifayət qədər təsirli silahlar verib. Türkiyə NATO-nun üzvüdür, Ankara bundan imtina etməyib. Beləliklə, Türkiyə Respublikası müdafiə məsələlərində Şimali Atlantika Alyansının ümumi kursunu izləyəcək. Bunun hansısa münasibətlərin kəsilməsinə getdiyini görmürəm.

Bunu Oxu.Az-a müsahibəsində tanınmış amerikalı jurnalist, publisist, politoloq Devid Satter Türkiyənin NATO-nun üzvü olmasına baxmayaraq, Ankaranın son illərdə ABŞ-la o qədər də yaxşı olmayan münasibətlərindən danışarkən bildirib (ABŞ Türkiyəyə təyyarə, HHM sistemləri vermir. Ankara Rusiyadan S-400 alır).

Azərbaycanla Türkiyənin müttəfiqliyinə gəlincə isə politoloq, Ankaranın 44 günlük Qarabağ müharibəsində Bakıya siyasi dəstək verdiyini xatırladıb.

“Amma bu müharibədə Qərbin iştirakı yox idi. Ona görə də düşünmürəm ki, Azərbaycanın ABŞ-a, ümumiyyətlə, Qərbə münasibəti, eləcə də Qərbin Azərbaycana münasibəti hər hansı şəkildə dəyişib”, - deyə publisist bildirib.

Qeyd edək ki, Rusiya ilə Qərb arasında qarşıdurmanın gələcək inkişafının üç versiyası var - Ukrayna ərazisində müharibə, daimi gərginlik və gərginliyin azalması. Politoloq bu ssenarilərdən ikincisinin daha real olduğu barədə ehtimalını dilə gətirib.

“İkincisi, çox güman ki. Bu daimi gərginlikdir. Amma üçüncü variant da mümkündür. Dediyim kimi, genişmiqyaslı müharibənin olacağını düşünmürəm. Əgər Rusiya öz maraqlarından çıxış edirsə, bu variant az ehtimaldır”, - deyə Satter sözlərini yekunlaşdırıb.


Вернуться назад