Главная > Siyasət / Manset > Cənubi Qafqaz və Mərkəzi Asiya: Ağ Evin maraqları, Azərbaycanın mesajı – TƏHLİL
Cənubi Qafqaz və Mərkəzi Asiya: Ağ Evin maraqları, Azərbaycanın mesajı – TƏHLİL3-02-2022, 14:59. Разместил: azadses |
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda çıxışı qlobal güclərin çəkişməsi fonunda Bakının tezislərini təqdim edir. Hazırda beynəlxalq münasibətlər sistemində bir-birinə əks qütbdə dayanan tərəflərin diqqətini Mərkəzi Asiyaya cəmləşdirdiyi tendensiyaları müşahidə edilir, Mərkəzi Asiyaya girişin isə bir neçə qapısı var. Xəzər dənizində enerji təhlükəsizliyi və qüvvələr balansı Qərb kuluarlarının maraq dairəsində əhəmiyyətli yer tutur, çünki Xəzər dənizi Avropanın enerji təminatının xəritəsinə yeni rəng qatan təbii resurslara malikdir. Cənub Qaz Dəhlizi layihəsi ilə Azərbaycan qazı Avropaya tədarük olunur, Ukrayna böhranının gedişatında Rusiyanın Avropaya yarada biləcəyi “qaz şantajı” isə Cənub Qaz Dəhlizinin əhəmiyyətini artırır. İndi Qərbin masasında Azərbaycan qazının və ya Türkmənistanın İran vasitəsilə Azərbaycana satdığı qazın marşrutunun Avropa bazarlarında şaxələndirilməsi prioritetlər kimi dayanır. Xəzəryanı dövlətlərdən Azərbaycan, Türkmənistan, Qazaxıstan (hər ikisi Mərkəzi Asiya ölkəsidir) Qərb üçün daha cəlbedicidir, Rusiya və İranla isə məlum səbəblərdən dolayı enerji sahəsində əməkdaşlığın rəngi tünddür. Qərb Transxəzər layihəsinin də işə salınmasına çalışır, hərçənd ki, bunun toxumu səpilib, söhbət Türkmənistan qazının İran vasitəsilə Azərbaycana satışından gedir, gələcək hədəflərdə isə bu qazın Avropaya ixracı imkanları nəzərdən keçiriləcək. Xəzər dənizindəki ABŞ-ın prioritetlərində yer tutan ölkələrin enerji resursları Ağ Evə xüsusi hərarət verir, bununla da Vaşinqton vəcdə gəlir, Xəzər platformasını bir neçə istiqamətə yönəltməyə imkan verən fürsətlər pəncərəsi kimi nəzərdən keçirir. Yəni ABŞ: 1. Xəzərdəki aktivliklə Mərkəzi Asiyaya qapı açır, 2. Vaşinqton Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında bağ yaradan “ip” çəkir və maraqlarını iki ayrı regionda sinxron şəkildə təmin etməyə çalışır, 3. Rusiyanın təsir dairəsini məhdudlaşdırmaq niyyətlərini güdür, 4. Siyasətindəki qırmızı xətt olan Avropanın enerji təhlükəsizliyi üçün immunitet formalaşdırır. ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Donald Lu vebinarda Mərkəzi Asiyanın beynəlxalq təhsil və qlobal mədəniyyətlə bağlılığını vurğulaması Vaşinqtonun bölgə üzərindəki təsirini artırmaq cəhdlərinin bəyanı kimi başa düşülməlidir. Bu siyasətin Cənubi Qafqazdakı maraqlarla sinxron hala gəlməsi üçün atılacaq addımlar dövlət katibin digər köməkçisi Karen Donfridin dilindən deyilir: “ABŞ Cənubi Qafqazda dinc, demokratik və firavan gələcəyin qurulmasında sadiq tərəfdaş olaraq qalır”. Hikmət Hacıyev vebinarda ABŞ diplomatlarının fikirlərinə qüvvət olaraq Bakının Vaşinqtonla ABŞ-Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Gürcüstan formatında işləməyə hazır olduğunu deyib. Cənab Hacıyev ardınca ABŞ-ın Cənubi Qafqazın rebrendinqinə ehtiyacını ABŞ-ın rolu ilə qarşılamasının vacibliyini dilə gətirib. Hikmət Hacıyevin dedikləri MDB məkanında cərəyan edən mənfi tendensiyaların Cənubi Qafqaza sıçramaması üçün yeni müdafiə mexanizminin yaradılması istiqamətindəki addım kimi başa düşmək lazımdır. Azərbaycan Rusiyaya qarşı qurulan platformalarda iştiraka can atmır, ancaq təhlükəsizlik ehtiyaclarını ödəmək üçün yeni müdafiə mexanizmlərində iştirakdan da məmnundur. Cənubi-Qafqazla Mərkəzi Asiya arasında əlaqəni yaradan marşrutlardan biri də Zəngəzur dəhlizidir, görünür ki, Rusiya ilə yanaşı, ABŞ da bu dəhlizin açılmasında olduqca maraqlıdır. Ancaq məsələni çətinləşdirən məqam Kreml-Ağ Ev kəskin rəqabətinin müşayiəti ilə baş verən proseslərdir, tərəflər Zəngəzur dəhlizini bir-birinə qarşı çevirmək niyyətlərindən qaçmırlar. Bura Çin amilini də əlavə etsək, tablo daha da tündləşir. Bundan sonra zaman nəyə şahidlik edəcək? Cənubi Qafqazdakı yeni konfiqurasiya, MDB məkanındakı qeyri-müəyyən vəziyyətin yarada biləcəyi yan təsirlər Bakının hərbi təhlükəsizlik sferasını genişləndirəcək. Əvvəl-axır Azərbaycan qazı Avropa bazarlarında şaxələndiriləcək və Cənub Qaz Dəhlizinin illik ötürücülük gücü artırılacaq. Bakının Ankara ilə hərbi ittifaq modelini hüquqi çərçivəyə salması reallaşacaq. Bu modeldə Gürcüstana da yer veriləcək. Müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfərini bu vebinar kontekstindən dəyərləndirsək, belə qənaət hasil edə bilərik. Aqşin Kərimov Вернуться назад |