Главная > Siyasət / Manset > Səfirlik Lavrovla Blinkenin müzakirə etdiyi məsələləri açıqlayıb
Səfirlik Lavrovla Blinkenin müzakirə etdiyi məsələləri açıqlayıb2-02-2022, 19:41. Разместил: azadses |
ABŞ-ın Azərbaycandakı səfirliyi Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasındakı telefon danışığı ilə məlumat yayıb. “Report” xəbər verir ki, məlumatda E.Blinkenin ABŞ-ın ikitərəfli qaydada, habelə müttəfiqlər və tərəfdaşlarla birlikdə əlaqələndirilmış şəkildə çalışaraq qarşılıqlı təhlükəsizlik məsələri ilə bağlı Rusiya ilə əsaslı mübadiləni davam etdirmək istəyini vurğulayıb. “O daha sonra ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bütün ölkələrin öz xarici siyasətini və müttəfiqliklərini müəyyən etmək hüququna sadiqliyini bir daha vurğulayıb. Dövlət katibi Rusiyanı təcili olaraq gərginliyi azaltmağa və qoşun və texnikanı Ukrayna sərhədlərindən çıxarmağa çağırıb. O, Ukraynaya gələcək işğalın tez və ağır nəticələri ilə üzləşəcəyini vurğulayıb və Rusiyanı diplomatik yol tutmağa çağırıb”, - məlumatda bildirilib. Вернуться назад |