Главная > Siyasət > “Azərbaycanın prioritetlərini dəstəkləyirik” - Britaniya səfiri
“Azərbaycanın prioritetlərini dəstəkləyirik” - Britaniya səfiri21-01-2022, 15:22. Разместил: admin |
“Biz silahlara nəzarət və Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Azərbaycanın prioritetlərini dəstəkləyirik”. “Azadsəs.az” xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz rəsmi tviter hesabında yazıb. “Azərbaycanın WPS üzrə Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik. Böyük Britaniya Azərbaycanın öz sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır” , - deyə səfir vurğulayıb. Qeyd edək ki, 2022-ci ildə Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrlik edəcək. Вернуться назад |