Главная > Siyasət > Prezidentdən manatın sabitliyi ilə bağlı - Açıqlama
Prezidentdən manatın sabitliyi ilə bağlı - Açıqlama12-01-2022, 22:37. Разместил: admin |
“Bizim valyuta ehtiyatlarımız artıb. Baxmayaraq ki, böyük xərclərimiz olub, xüsusən Qarabağ və Şərqi Zəngəzur bölgəsində. Ölkənin digər yerlərində investisiya proqramı tam icra edilib”. “Azadsəs.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. “Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb. Mənim hökumətə göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə lazım olarsa, investisiya xərclərini bir qədər azaldıb, valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq. Çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən danışmaq mümkün deyil”, - dövlət başçısı qeyd edib. Prezident manatın sabitliyindən də danışıb: “Uzun illərdir manat sabitdir. Ölkə əhalisi bundan faydalanır. Manata inam artıb. Manat depozitlərinin həcmi artıb. Ümumi depozitlərin balansında manat üstünlük təşkil edir. Bunun investorlar üçün də böyük faydası var”. Вернуться назад |