Главная > Siyasət > Almatıda iğtişaşlar zamanı məşhur rejissor öldürüldü

Almatıda iğtişaşlar zamanı məşhur rejissor öldürüldü


7-01-2022, 19:32. Разместил: admin
Dünən qazaxıstanlı kinorejissor və musiqiçi Saken Bitayev Almatı küçələrində iğtişaşlar zamanı güllələnib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə mərhumun dostu, jurnalist Daniyar Adilbəyov Facebook səhifəsində məlumat verib. Məlumata görə, etirazçılar maşını onun əlindən almaq istəyib və atəş açmağa başlayıblar. Güllə rejissorun ciyərinə dəyib və o, yerindəcə keçinib.

Bundan əlavə, jurnalistin sözlərinə görə, Sakenin valideynləri onun meyitini götürə bilmir, çünki ölümü sənədləşdirmək üçün kifayət qədər polis yoxdur. Hadisəni törədənlər də tapılmayıb.
Вернуться назад