Главная > Siyasət / Manset > Ərdoğanla Japarov Qazaxıstandakı vəziyyəti müzakirə ediblər

Ərdoğanla Japarov Qazaxıstandakı vəziyyəti müzakirə ediblər


6-01-2022, 20:19. Разместил: admin
Qırğızıstan və Türkiyə Prezidentləri Sadır Japarov və Rəcəb Tayyib Ərdoğan Qazaxıstandakı vəziyyəti telefonla müzakirə ediblər.

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Ölkələrin liderləri ikitərəfli əməkdaşlığın perspektivlərini, regionda mövcud vəziyyəti, o cümlədən, Qazaxıstanda baş verən hadisələri müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Telefon görüşü Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Вернуться назад